Yanğına görə sığorta ödənişi veriləcək - Rəsmi
“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.
Bunu “Minval.info”ya holdinqə məxsus, Parkın sığorta olunduğu “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.
Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.
Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kv.m-lik hissəsində yanğın öndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!
Qeşm adasında partlayış səsləri: Gərginlik artır
Gəncədə qaz təchizatı yanğın səbəbindən dayandırıldı