Yanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bakının Babək prospektində yerləşən, 22-yə yaxın ailənin məskunlaşdığı yataqxana binasında yanğın baş verib. Yanğının ilkin səbəbi kimi elektrik xətlərində qısaqapanmanın olduğu bildirilir.
Sakinlər musavat.com-a bildiriblər ki, binada elektrik xətləri həddən artıq yüklənir, yararsız vəziyyətdədir, tez-tez qısaqapanmalar olurdu və elektrik cihazları sıradan çıxırdı.
Yanğınsöndürənlər alovun böyüməsinin qarşısını alıblar və hazırda yanğın söndürülüb. Lakin sakinlər əşyalarının və qaldıqları otaqların yararsız hala düşməsindən narazıdırlar.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binada əsasən Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlər məskunlaşıb.
Məcburi köçkünlər birmənalı olaraq, köçürülmələrini tələb edirlər.









Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?