Yağışlı havada sürücülərə ehtiyatlı olun çağırışı!
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollarda hərəkət intensivliyinin artması və bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Sürücülərdən daha diqqətli və məsuliyyətli olmaları tələb olunur.
Minval.info xəbər verir ki, idarə hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və ani tormozlamadan çəkinməyi tövsiyə edir. Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir. Həftəsonunu xoş və təhlükəsiz keçirmək üçün hər kəsi yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı sakininə quldurluq: Şübhəli saxlanıldı
Siqaret üstündə dava: 21 yaşlı gənc həbs edildi
Polis əməliyyatı: 8 silah və narkotik ələ keçirildi
Bakıda 185 minlik dələduzluq: 12 il sonra həbs!
Nigar Fərhad prokurorluq qərarı ilə azad edildi
Dilqəm Əsgərovun ailə dramı: Cinayət işi açıldı
Axtarışda olan 135 nəfər saxlanıldı