07.09.2018 - 22:30
Ölkə
22 baxış
Yaddaş pozğunluğu olan 60 yaşlı kişi Bakıda itkin düşdü

Tovuzdan Bakıya gələn kişi itkin düşüb.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə 1988-ci il təvəllüdlü Allahverdiyev Teymur Allahverdi oğlu müraciət edib. Bildirib ki, sentyabrın 1-də saat 10 radələrində Tovuz rayonunun Xatınlı kəndində onunla birgə yaşayan atası, 1958-ci il təvəllüdlü Allahverdiyev Allahverdi Qara oğlu yaşadığı evdən çıxaraq Bakı avtobusu ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib və oradan itkin düşüb.
T.Allahverdiyev bildirib ki, atasında yaddaş pozğunluğu var.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
20.10.2026 - 15:34
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18