“Xoş gəldin, qardaş!” – Terrorçunu məscidin qabağında kim qarşılayıb?

Yeni Zelandiyadakı məscidə müsəlmanları öldürməyə gələn terrorçuya “Xoş gəldin, qardaş” deyərək, onu məscidin qapısında qarşılayan 71 yaşlı əfqan Daud Nəbi qətliamın ilk qurbanı olub.
Teleqraf.com xəbər verir ki, gələnin xoş niyyətli olmadığını görən yaşlı kişi yanındakı insanı xilas etmək üçün özünü qabağa verib.
Lakin terrorçu onların hər ikisini qətlə yetirib.
Mühəndis olan Daud Nəbi 1980-ci illərdə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra ailəsini də götürərək Yeni Zelandiyaya gəlib. O, burada bir məscid quraraq, əfqan icmasına rəhbərlik etməyə başlayıb.
Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kristçerç şəhərində yerləşən məscidə terror hücumu nəticəsində 49 müsəlman qətlə yetirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehman Hüseynov vurduğu deyilən leytenantla BARIŞDI - FOTO/VİDEO
Bahalaşma olacaqmı, siqaretlərin qiyməti artacaqmı? - CAVAB
Şuşaya biletləri alıb baha satanlarla bağlı AÇIQLAMA
Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı - FOTO, VİDEO
Samir Şərifovun manatla bağlı fikrinə nazirlikdən şərh