Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın - Təfərrüat
Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın olub.
Minval.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, yanvarın 11-də Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn 2 maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxmaları barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.
İstintaq və əməliyyat tədbirləri aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi