XİN-dən alman deputatın Merkellə Azərbaycana girişinə qadağa qoyulmasına REAKSİYA
Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə də həmin dövrdən etibarən onun adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
Bunu Minval.info-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın “Bild” qəzetinin alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib: “Bəzi xarici kütləvi informasiya vasitələrində qeyd olunur ki, onun adı sanki indi həmin siyahıya salınıb. Bu məlumat düzgün deyil, yəni onun adı artıq 2014-cü ildən “arzuolunmaz şəxslər” siyahısındadır. Həmin insan qanunsuz olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
Ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət edilməsi mütləq şəkildə vacibdir və bu əsnada da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin qanunlarının pozulması halıdır”.
XİN rəsmisinin sözlərinə görə, bununla belə, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır, belə ki, bilavasitə Azərbaycana qarşı fəaliyyət aparmayan şəxslər bu kimi səfərlərdən sonra üzrxahlıq məktubları ilə müraciət etdikləri təqdirdə və Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət etdiklərini ifadə etdikləri halda onların adlarının siyahıdan çıxarılması kimi hallara baxıla bilər və belə bir təcrübə var:
“Həmin şəxs tərəfindən də müraciət olunarsa, bu kimi hala baxa bilərik, amma hazırda onun tərəfindən bizə belə bir müraciət daxil olmayıb. Ona görə də onun Azərbaycan Respublikası ərazisinə daxil olmasına qadağa mövcuddur”.
Qeyd edək ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya kansleri Angela Merkelin “Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycanın qara siyahısında olduğu üçün ölkəyə səfəri qadağan olub.
Almaniya tərəfi deputatın bölgəyə səyahəti üçün Azərbaycan hökuməti ilə danışıqlar aparsa da, rəsmi Bakı qətiyyət göstərərək razılıq verməyib.
Albert Vaylerin cənubi Qafqaz ölkələrinə səfəri zamanı kansler Angela Merkeli müşayiət edəcəyi bildirilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!