21.08.2026 - 09:44
Hadisə 486 baxış

Xarkovda dron hücumu: Azərbaycanlı heykəltaraşın 40 illik əsərləri məhv oldu

Ukraynanın Xarkov şəhərində baş verən dron hücumu nəticəsində azərbaycanlı heykəltaraş Katib Məmmədovun emalatxanası ciddi zərər görüb. Hadisə zamanı emalatxanada yanğın baş verib və 200 kvadratmetr əraziyə yayılıb.

Minval.info xəbər verir ki, dron zərbəsi nəticəsində emalatxananın damı və çardağı zədələnib, orada saxlanılan əsərlər isə ciddi ziyan görüb. Katib Məmmədovun 40 illik yaradıcılığı ərzində hazırladığı klassik, avanqard və minimalizm üslublarında yüzlərlə əsər bu emalatxanada saxlanılırdı.

Heykəltaraşın verdiyi məlumata görə, hücum nəticəsində emalatxanaya təxminən 100 min dollar dəyərində maddi ziyan dəyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: