"Xanım deputatın maşını cərimə meydançasına aparılıb" - DYP rəhbərliyi çağırıldı...
Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun bugünkü iclasında “Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb.
“Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da bir çox nəzərə çarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.
Modern.az-ın məlumatına görə, deputat Tahir Kərimli isə dəfələrlə milliət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib.
“Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, “Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”.
Komitə sədri Əli Hüseynli söz verib ki, Baş Dövlət Yol Polisin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə keçriləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabaha olan hava proqnozu
Hazırda Bakıdan bu ölkələrə uçmaq olar
Almaniyaya köçdüyü deyilən Xaləddin İsgəndərov danşdı: "İstirahət edirəm"
“Yeni Müsavat” yazdı, Qarabağ qazisinə ev tikildi – FOTOLAR
Bakının bu günü: həyat donub, səs-səmir yoxdur
Azərbaycanlı qanuni oğrunun Rusiyaya girişinə qadağa qoyuldu