Xanım deputat ikinci dəfə ailə qurmasından, ayaqlarının tutulmasından danışdı
Bizimyol.info xəbər verir ki, Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva modern.az-a verdiyi müsahibədə stress nəticəsində ayaqlarının tutulmasından və axsamasından danışıb.
“Güclü stres keçirəndən sonra ayaqlarımda problem yarandı. Heç demə, bu problem 5 il ərzində inkişaf edib. Müalicə alsam da, ayağımın axsamağı ilə barışmalıyam. Vəssalam! Mənim üçün ən böyük çətinlik pilləkənləri addımlamaqla başladı. Bu zaman hündürdaban ayaqqabılardan imtina etdim. Səkilərə çıxmaq da mənim üçün çətinləşdi. Arabanı özümə ona görə rəva bilmirəm ki, otursam, daha da zəifləyəcəm. “Ay aman, kimsə məni belə görüb nəsə fikirləşər” kimi hallar məndə yoxdur. Hətta Milli Məclisə də axsaya-axsaya daxil olanda bəziləri “vay-vay sənə nə olub?!” deyiblər. Təəssüf ki, bəzilərində bunu görməzliyə qoymaq mədəniyyəti yoxdur. “Milli Məclisdə bəzi vətəndaşların hüquqları pozulub” dedim. Oqtay müəllim mənə tərs-tərs baxdı ki, görəsən bu nə danışır?”
Daha sonra xanım deputat ilk həyat yoldaşının ölümündən və ikinci dəfə ailə qurmasından danışıb:
“3 il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam. 40 yaşım olanda həyat yoldaşımı itirdim. Rövşəni itirəndə təkcə həyat yoldaşımı yox, həmfikrimi, həmdərdimi itirdim. Bu çox çətin məsələdir. Özü pis xəstə olduğunu hiss edirdi. Mənə deyirdi ki, “mən öləndən sonra sən təkcə tənha qalmayacaqsan, həm də boşluq hiss edəcəksən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 11 iyun
Bakı metrosunda işıqlar söndü - həyəcanlı anlar
İcra başçısının Qaxda milyonluq istirahət mərkəzi - FOTOLAR
Azərbaycanda soğan niyə bahalaşır? — Nazirdən AÇIQLAMA
Antalyada Azərbaycan şəhidləri üçün abidə açılıb - FOTO
Atəşkəs yenə pozuldu
Restoranlar sentyabrın 1-nə hazırdırmı? – “Bizə yol göstərsinlər...”
