Xalq ozanı Aşıq Veyselin vəfatının 50-ci ildönümü ilə bağlı tədbir
Beynəlxalq Muğam Mərkəzində xalq ozanı Aşıq Veyselin vəfatının 50-ci ildönümü ilə əlaqədar Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə “Cümhuriyyətin üzü” adlı konsert baş tutub.
Minval.info xəbər verir ki, tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun Bakı Nümayəndələyinin rəhbəri Səlçuk Karakılıç Aşıq Veyselin yaradılığından bəhs edib: “Aşıq Veysel daha çox panoramik baxa bilən, Türkiyənin xaotik məsələlərinə dərindən gələn iç səsinin əks sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəni xadimlərinə təkliflər verə bilən böyük bir sənətkardır. Onun Türkiyənin sosial problemlərinə səssiz qalmadan cəmiyyəti xəbərdar etməsinin nə dərəcədə böyük sənətkar olduğunu göstərir. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir”.
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Cahid Bağçı, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca, sənət adamları və bir çox qonaqlar iştirak ediblər.
Xatırladaq ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illiyi, “UNESCO-nun Aşıq Veysəl ili” və vəfatının 50-ci ildönümü çərçivəsində baş tutub. Gecədə əməkdar artist Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynkva doqquz nəfərlik orkestr ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi