Xalq artistinin oğlu da şəhid olub
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə də Qarabağ uğrunda müharibədə şəhid olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Vəfa Zeynalova məlumat yayıb.
O, sosial şəbəkədə paylaşım edərək başsağlığı verib: “Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçib. Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətovun və kollektivimizin adından hörmətli Əli Nura və onun doğmalarına başsağlığı verir, şəhid zabitimizə Allahdan rəhmət diləyirik.
Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik”.
Fotoda: Xalq artisti Əli Nur

ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026