Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyevin dəfn mərasiminin keçiriləcəyi yer məlum olub. Minval.info xəbər verir ki, bu barədə İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
Onun sözlərinə görə, sənətkar iki ay əvvəl insult keçirdikdən sonra İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanaya yerləşdirilmişdi. Bir müddət səhhətində yaxşılaşma müşahidə olunsa da, son günlər vəziyyəti yenidən ağırlaşıb və aktyor həmin xəstəxanada vəfat edib.
Yeganə Salman bildirib ki, Tofiq Mirzəyev sağlığında dəfələrlə Bakıda dəfn olunmaq arzusunu ifadə etsə də, onun İsrailin Arad şəhərindəki qəbiristanlıqda torpağa tapşırılması planlaşdırılır.
Qeyd edək ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülüb, daha sonra Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Sənətkar 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb.
Tofiq Mirzəyev “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi” və “İstintaq” filmlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino tarixində iz qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi