Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
Əməkdar artist Nailə İslamzadənin sosial şəbəkədəki paylaşımı geniş maraq doğurub. O, şəxsi instaqram hesabında Əməkdar artist Elxan Şirinovun məşhur “Bağışla” ifasına yer verib.
Minval.info xəbər verir ki, bu ifa ilk dəfə 24 il əvvəl “Ailələr və talelər” verilişində səsləndirilib. İndi isə Elxan Şirinov həmin mahnını İctimai Televiziyanın “Cümə axşamı” proqramında, çəkiliş arasında bədahətən yenidən oxuyub.
Nailə İslamzadə bildirib ki, “24 il sonra… Eyni mahnı, başqa bir zaman və dəyişməyən bir duyğu.” O, həmçinin qeyd edib ki, həmin anları Saleh Bağırov telefonunun kamerası ilə lentə alıb. Videoda həmçinin 2002-ci ilin ifası da yer alıb.
“Bəlkə də musiqinin ən gözəl möcüzəsi budur – illər keçir, insanlar dəyişir, amma bəzi xatirələr olduğu kimi qalır,” deyə Nailə İslamzadə vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır
Madonna və Taylor Swift MTV Video Musiqi Mükafatlarında böyük uğur qazandı
Roma şəhərində "Harmoniya" sənədli filmi təqdim ediləcək
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı