“Xaliq Faiqoğlu” məhkəməyə verildi
“Bakı Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC MMC-dən ümumilikdə 2154 manat sığorta ödənişi məbləğinin tutulmasını istəyib.
İddiaçı tələbini onunla əsaslandırıb ki, 26.08.2015-ci il tarixində Bakı şəhəri Tbilisi prospektində, “Xaliq Faiqoğlu” MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, 10-TG-344 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Asəf Tağıyev yol-nəqliyyat hadisəsi törədib. Nəticədə “Bakı Sığorta” ASC-də sığortalanmış “Honda Accord” markalı, 50-CH-233 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Hüquq-mühafizə orqanları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, A.Tağıyev yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs kimi müəyyən edilib.
Bu hadisə ilə bağlı “Bakı Sığorta” ASC tərəfindən “Honda Accord” markalı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2117 manat sığorta ödənişi həyata keçirilib.
Sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı ödədiyi 2117 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olub.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Məhkəmə iddianı qismən təmin edib.
Qərarda göstərilib ki, “Xaliq Faiqoğlu” MMC-dən sığorta ödənişinin əvəzi kimi ümumilikdə 1058 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı “Bakı Sığorta” ASC-yə ödənilsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var