“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq.
“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq.
Eyniadlı romanın ssenarisi əsasında çəkilən ekran işində baş rolları əsərin müəllifi Mariya Suvorovskaya, Rusiyada yaşayan Azərbaycan əsilli aktyor Emil Həsənzadə və aktrisa Duyğu Dəvəli canlandırıb.
Filmdə bəhs edilən hadisələr Bakıda cərəyan edir. Süjetin mərkəzində klassik sevgi üçbucağı mövzusu var: Taşa – Ruslan – Leyla. Film ərzində baş verən proseslər bir daha sübut edir ki, insanlar arasında mental və mədəni fərqlər həqiqi sevgiyə və xoşbəxtliyə mane ola bilməz.
Azərbaycan, Rusiya və digər MDB ölkələrində təqdimatı olacaq “Xəzər üzərində yelləncək” “Biznes-dialoq media” şirkətinin sifarişi ilə “Caspian Media Group” tərəfindən çəkilib.
Filmin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, operatoru Rauf Qurbanəliyev, ekranlaşdırmanın ideya müəllifi Səadət Qarayevadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi