“Xəzər” TV-dən Xoşqədəmlə bağlı açıqlama
“Xəzər Media Holdinq” bir neçə gündür sosial mediada müzakirə edilən aparıcı Xoşqədəm Baxşəliyeva ilə bağlı açıqlama yayıb.
Verilən açıqlamada X.Baxşəliyevanın “Atəş xətti” proqramında “Bu döyüşlərdə hətta talışlar da döyüşür” ifadəsini işlətmədiyi bildirilir:
“İkinci Qarabağ müharibəsində “Xəzər Media Holdinq” olaraq yayımımızı vətənpərvərlik, ümummilli birliyə çağırış, müzəffər Azərbaycan Ordusuna dəstək, dövlət və xalqın həmrəyliyi üzərində qurmuşuq. Efirimizdə mövcud şəraitlə bağlı yayımlanan verilişlərdən biri Xoşqədəm Baxşəliyevanın aparıcılığı ilə “Atəş xətti”dir. 30.10.2020-ci il tarixində yayımlanan “Atəş xətti” verilişində aparıcımızın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub.
Məlumat üçün bildirmək istərdik ki, “Xəzər” TV-nin Efirə nəzarət qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür, səslənən iddialar nəzərə alınaraq qeyd olunan yayımla bağlı yenidən araşdırma aparılıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub. Qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.
“Xəzər Media Holdinq” olaraq bildiririk ki, “Xəzər” TV-də yayımlanan verilişlərlə bağlı xoşagəlməz hallar olarsa, real faktları və görüntüləri [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“60 ilin adamı” – Rauf Arifoğlu haqqında sənədli film təqdim olunur - VİDEO
Rauf Arifoğlu Prezident İlham Əliyevə təşəkkür etdi
Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
"Səs" qəzeti fəaliyyətini dayandırır
Saytlara maliyyə dəstəyinin məbləği 2 min manat artırılıb