"Xəzər adaları" kompleksinin taleyi barədə rəsmi açıqlama
“Avesta Konserni” MMC-yə məxsus “Xəzər adaları” kompleksi (“Yeni şəhər” kompleksi – red.) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib. Bu barədə “APA-Econimics”ə “Azərbaycan Sənaye Korporasiyası”ndan bildirilib.
Korporasiyadan verilən məlumata görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı olaraq, Təhvil-Təslim Komissiyasının qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi – red.) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
ASC-dən həmçinin bildirilib ki, kompleksin adı dəyişdirilərək “Yeni şəhər” adlandırılıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək”, – deyə ASK-dan bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var