Xətai rayonu, Zeytun küçəsinin sakinləri su və yol problemlərinin həllini istəyir... VİDEOREPORTAJ (FOTOLAR)
Məlum olduğu kimi, son vaxtlar ölkədə dövlət başçısının tapşırığı əsasında vətəndaşların sosial rifahının və yaşam səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür.
“Yeni Müsavat” olaraq, biz də bu işdə ictimai nəzarət və təftiş funksiyasını yerinə yetirməyə, Bakının və regionların problemlərini, əhalinin narazı qaldığı məsələlərin xəritəsini çəkməklə prosesə fayda verməyə çalışırıq. Bu istiqamətdə işıqlandırdığımız problemlərdən biri də, Xətai rayonu, Əhmədli qəsəbəsi, Zeytun küçəsinin su, kanalizasiya və yol problemidir. Rayon rəhbərliyinin dəyişməsindən və yeni icra başçısının təyin olunmasından sonra Xətaidə bir çox işlər görülür. Lakin bəzi yerlərdə problemlər qalamqdadır ki, onlardan biri də Zeytun küçəsidir. Dəfələrlə aidiyyatı qurumlara müraciətləri cavabsız qalan sakinlər “Yeni Müsavat”a üz tutaraq problemlərinin ictimailəşdirilməsini istəyiblər. Vətəndaşlar ümid edir ki, yeni icra başçısının təyinatından sonra, onların yaşadığı qəsəbədə də vəziyyət düzələcək.
https://www.youtube.com/watch?v=MhsovpEnv-U&feature=emb_title
Reportyor qrupumuz adı çəkilən əraziyə baş çəkib və problemləri yerindəcə araşdırıb. Bəlli olub ki, 10 il öncə sakinlərin öz vəsaiti hesabına çəkdikləri asfalt yol yararsız vəziyyətə düşüb. Ərazidə su xətləri qəzalı vəziyyətdə olduğundan yola axan su asfalt örtüyünü nahamar vəziyyətə gətirib. Avtomobillərin rahat hərəkətinin mümkünsüz olduğu yolda təmir işlərinin aparılmasına ehtiyac var. Lakin sakinlər deyir ki, qısa müddət sonra təkrar yolun eyni vəziyyətə düşməməsi üçün ilk növbədə köhnə su xətləri yenilənməlidir. Bundan başqa, nahamar vəziyyətdə olan yolda işıqlandırma sisteminin olmaması axşam saatlarında həm avtomobillər, həm də piyadalar üçün təhlükə yaradır.
Zeytun küçəsinin sakini Həmdəm Həsənov bildirdi ki, burada əsas problem su xətlərinin qəzalı vəziyyətdə olmasıdır: “Sovet dövründə bağları sulamaq üçün çəkilən su borusu hələ də istismar olunur, hamısı çürüyüb, çox yeri calaq-calaqdır. Su axıb küçələrə dağılır. İlk növbədə su sistemi düzəlməlidir. Su məsələsi həll olunmasa, yolu təmir etsələr də xeyri yoxdur. Birinci yeni su xətti çəkilsin, sonra isə yol təmir olunsun”.

Sakinlərdən Bayram Abdullayev də aidiyyatı dövlət qurumlarına müraciət edərək, problemlərin qısa müddətdə həll edilməsini istəyir.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Nərgiz Liftiyeva
Məğrur Salmanov
Fotolar: Məhəmməd Türkmən















Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026