Xəstəxanaya atılan uşaqlar atasına təhvil verildi - Rəsmi
İyulun 22-də Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olunmuş nəvələri 2011-ci il təvəllüdlü İlkin Quliyev (ad, soyad şərtidir) və 6 aylıq körpə Rza Quliyevi (ad, soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması rayon polis şöbəsinin İstintaq bölməsinə tapşırılıb.
Bərdə rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyən edilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirililib.
Rayonun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilərək ataları Sərxan Kərimova təhvil verilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Hazırda uşaqların səhhəti normaldır.
Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var