Xəstəxananın şöbə müdiri barəsində cinayət işi başlanıb
Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Qədir Süleymanov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
Hakim Ruslan Əlizadənin icraatında olan iş üzrə hazırlıq iclası avqustun 27-ə təyin edilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Q.Süleymanov Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Yevlax rayonunda icbari tibbi sığorta pilot layihə çərçivəsində tətbiq edilir və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var