Xəstəxana ruhi xəstədən imtina etdi: Nazirlik işə qarışdı – Video
Bakıda ruhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb.
Məsələ ilə bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.
Məlum olub ki, səhhəti pisləşən qadın akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib.
Bu zaman xəstəxanada qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, insidentdən dərhal sonra xəstəxana rəhbərliyi ilə əlaqə yaradılıb.
Məlum olub ki, həmin qadın demensiya xəstəliyindən əziyyət çəkir.
Nazirlikdən bildirilib ki, o, xəstəxanaya qəbul edilib və hazırda Nevroloji şöbədə müalicə alır.
Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hazırda Lerikdə afterşoklar davam edir
Yollardakı polis postları ləğv edilir - VİDEO
Rusiya dollarla bağlı şok qərar qəbul etdi
Azərbaycana aksizsiz içkilər gətirən şəxs saxlanıldı - Foto
Azərbaycanda 30-70 yaşlı insanların ölümünün əsas səbəbləri açıqlanıb