Xəstəliyinə görə evində 70 kiloqramlıq çətənə kolu becərdi - Azərbaycanda

Goranboy rayonunda yaşadığı evdə çətənə kolu yetişdirən şəxs tutulub.
Göranboy rayon polis şöbəsindən “Ölkə.Az”a verilən məlumata görə, rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1959-cu il təvəllüdlü Qubad Nağıyev öz həyətində kultivasiya və aqrotexniki qaydada qulluq edərək ümumi çəkisi 70 kiloqramdan artıq olan çətənə kolları becərib.
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Q.Nağıyev saxlanılıb.
O, ifadəsində kəskin ağrıları olduğunu və bu ağrıları yetişdirdiyi narkotik tərkibli bitkilərdən istifadə edərək sakitləşdirdiyini bildirib.
Hazırda saxlanılan şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Eldar Əzizov baş direktoru şiddətli töhmətlə işdən çıxardı - Yeni təyinat
İlham Əliyev jurnalistlərə müraciət ünvanladı
Qar yağacaq - Proqnoz
Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb
Mədət Quliyev Gəncə hadisələrindən danışdı
AQTA enerji içkiləri ilə bağlı monitorinqlərə başlayıb
Ziya Məmmədovun bacısına yeni vəzifə verildi