Xərçəng xəstəsi olsa da, 91 yaşında dünyanı gəzir - Fotolar
Bu il 91 yaşını qeyd edən Norma ABŞ-ın Miçiqan ştatındandır. Ancaq o, özünü 19 yaşındakı gənc qız kimi gümrah və xoşbəxt hiss edir. Buna səbəb isə dünya səyahətinə çıxmasıdır.
“Qafqazinfo” xəbər verir ki, əri vəfat etdikdən 2 gün sonra Normada xərçəng xəstəliyi aşkarlanıb. Qarşısında iki seçim var idi: ömrünün sonuna kimi müalicə alaraq xəstəxana divarlarını seyr etmək, ya da ailəsinə qoşulub müddətsiz dünya səyahətinə çıxmaq. O, ikinci variantı seçdi: “Uzun yaşamaq yox, xoşbəxt yaşamaq lazımdır”.
Və beləliklə Norma üçün həyatında yeni bir mərhələ başlayır. 91 yaşlı qadın üçün səyahət elə də asan olmasa da, ailəsinin dəstəyi ilə o, bu işin öhdəsindən gələ bilir. Gəzgin həyatını sevən oğlu və gəlininə qoşulan qoca ən çox itləri Rinqo ilə vaxt keçirməyi sevir. O, sevimli yol yoldaşı ilə olan fotolarını və səyahətlərindən maraqlı xatirələrini sosial şəbəkədə paylaşır. Artıq “Driving Miss Norma” səhifəsinin 500 mindən çox izləyicisi var.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həyatlarında ilk dəfə paltaryuyan maşın gördülər – FOTO
Çoxlarımızın tanımadığı dünyanın ən bombardir futbolçusu - FOTO
Ölən övladlarının spermasını götürüb nəvə sahibi oldular
Napoleonun çəkmələri 117 min avroya satılıb
Türkiyədə məşhur olan azərbaycanlılar - FOTOLAR