Xərçəng xəstəliyinə qalib gələn aparıcı: “Həkim dedi ki, kəfəni yırtmısan”
Xərçəng xəstəliyindən əziyyət çəkən və bir müddət öncə sağlamlığına qovuşan aktrisa Zümrüd Qasımova səhhətindən danışıb.
Minval.info xəbər verir ki, aktrisa sosial şəbəkədə bildirib ki, son günlər özünü pis hiss etdiyi üçün həkimə müraciət edib:
“Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri… Qorxurdum. Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil.
Söylədi ki, “Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi. Gül”.
Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım… Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir