“WhatsApp”, “Instagram” və “Facebook” niyə çökdü?

“WhatsApp”, “Instagram” və “Facebook”un çökməsi dünyanın gündəmindədir. Bəs internet nəhəngləri niyə çöküb?
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, “Reuters” çökmənin DNS (domen adları sistemi) problemi ilə bağlı olduğunu yazıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“New York Times”a danışan və təhlükəsizlik səbəbindən adı gizlədilən “Facebook”un iki kibertəhlükəsizlik mütəxəssisi problemlərin kiberhücumlardan qaynaqlanma ehtimalının çox aşağı olduğunu deyiblər. Bildirilib ki, tətbiqlərin ardındakı texnologiyalar fərqlidir və bir hücumla hamısını eyni vaxtda çökdürmək mümkün deyil.
“Problem, böyük ehtimalla, “Facebook”dan qaynaqlanır, “WhatsApp” və “Instagram”a da buna görə girmək mümkün deyil”, – “Cloudflare”in texnologiya üzrə rəhbəri Con Qraham Kamminq qeyd edib.
Bir kibertəhlükəsizlik şirkətinin rəsmisi olan Deyn Kneçt “Facebook” Sərhəd Keçid Protokolu yollarının “internetdən çəkildiyini” dilə gətirib.
“Bu, çox böyük bir tətbiq xətasına bənzəyir. “Facebook” bu aralar, əsasən, internetdə deyil”, – kibertəhlükəsizlik üzrə mütəxəssis Kevin Beamont qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar