19.01.2018 - 21:15
Maraqlı
1 baxış
“WhatsApp”-dan daha bir yenilik
“WhatsApp” yeni “WhatsApp Business” adlı tətbiqini yayımlayıb.Minval.İnfo mətbuat.az-a istinadən xəbər verir ki, proqram “Facebook” tərəfindən pulsuz olaraq yüklənmək üçün təqdim edilib. Bu tətbiq kiçik şirkətlərin potensial müştərilər tərəfindən tanınmasını asanlaşdıracaq. Şirkət sahibləri üçün nəzərdə tutulan bu yenilik “WhatsApp” üçün bir şirkət profili yaradıb şirkətin məqsədini göstərməyinizə icazə verir. Şirkət üçün elekron poçt ünvanı və internet saytı “URL”si də əlavə edə bilərsiniz.
Tətbiqi hazırlayarkən zamanınıza qənaət etmək üçün bəzi funksiyalar düşünülüb. Belə ki, sürətli cavablar sayəsində tez-tez verilən suallara cavab verə, mesajlarınızın baxış statistikasını görə bilərsiniz.
“WhatsApp Business” normal istifadəçilərə şirkət hesabı olaraq görülür. Firma bu hesablara yaxın gələcəkdə “təsdiq edilmiş hesab” xüsusiyyətini gətirməyi planlayır. İstifadəçilər digər istifadəçiləri əngəlləyə bildikləri kimi şirkətləri də əngəlləyib, spam olaraq qeyd edə bilərlər.
“WhatsApp Business” hazırda, “Google Play”də İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ üçün təklif edilir. Tətbiqi Türkiyə və digər ölkələr gələcək həftələrdə yükləyə biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlər Yerin şimalındakı ən ucqar torpaq sahəsini tapıblar
28.08.2021 - 22:03
Ət məhsulları alarkən nələrə diqqət etməliyik?
05.08.2018 - 16:00
“Cem Yılmaz Türkiyədə prezidenti seçkisinə namizəd olsun” – SORĞU
26.04.2019 - 21:01
Qadın pişiyi döyən ərini güllələdi
05.06.2018 - 21:33
Bu sayt məşhurların nə zaman öləcəyini elan edir
27.03.2018 - 18:58
Doqquz aya 37 kiloqram çəki atan qadın: “Uğurun sirri...”
26.06.2020 - 10:41