“WhatsApp”dan daha bir möhtəşəm yenilik - Beləsi olmamışdı
“WhatsApp” messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb.
Minval.İnfo lent.az-a istinadən xəbər verir ki, artıq “WhatsApp”ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək.
Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun “WhatsApp” istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya “Wi-Fi”-dan istifadə etməlidirlər. Messencerin sağ yuxarı hissəsində tərtibatçılar söhbət üçün yeni iştirakçıları əlavə etməyə imkan verən düymə yerləşdiriblər. Bu müsahiblərin əlaqə nömrələri cihazın telefon kitabçasında olmalıdır.
Qeyd edək ki, belə bir funksiya “Skype”dan başqa “WhatsApp”ın heç bir analoqunda mövcud deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı