31.03.2022 - 13:41
Media
34 baxış
Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırıldı
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.Vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.
O bildirib ki, Səbail rayonu ərasində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə fəhlə kimi çalışıb. Lakin B.Qaraşov çalışdığı, V.Səfərliyə məxsus şirkətdən rəsmi qaydada əməkhaqqı almayıb.
V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova işlədiyi şirkətdən rəsmi qaydada əməkhaqqı yazılıb.
“2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb”, – o, iddiada göstərib.
Mülki iddia Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatına verilib. Lakin iş üzrə prosesin vaxtı hələlik məlum deyil.
B.Qaraşov məhkəmədən xahiş edib ki, mülki iddiası təmin olunsun və ona dəyən maddi ziyan ödənilsin.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
///Report
Açar sözlər:
#Vüqar Səfərli
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
19.10.2026 - 17:44
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
12.10.2026 - 14:14
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
12.10.2026 - 12:34
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
05.10.2026 - 19:27
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
05.10.2026 - 10:07
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
01.10.2026 - 13:50
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
28.09.2026 - 19:55
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
27.09.2026 - 09:30