Vladimir Zelenski G7 liderlərinə savaşın qışa qədər bitə biləcəyini söyləyib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibənin qışa qədər bitəcəyini gözləyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu arzusunu iyunun 27-də “G7” liderlərinin sammitində videobağlantı vasitəsilə səsləndirib.
Vladimir Zelenski “Böyük yeddilik” dövlətlərini rəhbərlərindən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını və digər təhlükəsizlik təminatlarını tələb edib.
Bundan başqa, Ukrayna lideri ölkə taxılının ixracatına və bununla bağlı yolların bərpasına köməklik göstərilməsini istəyib.
“Mən Berlində keçirilən G7 liderlərinin sammitində videokonfrans vasitəsilə çıxış etdim. Ukrayna bu dövlətlərin dəstəyini hiss edir. Rusiya işğalına qarşı mübarizədə ölkəmizə müdafiə və maliyyə yardımına görə təşəkkür edirik. “G7” ölkələrinin sanksiyalarla bağlı mövqeyi bizim üçün çox vacibdir. Onlar təcavüzkarın ixrac etdiyi neftin qiymətinin məhdudlaşdırılması metodu da daxil olmaqla, daha çox iş görə bilərlər”, – deyə Vladimir Zelenski özü sosial şəbəkələrdə ictimaiyyəti məlumatlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya qazı ucuz deyil!
Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Dərsliklər parlamentdə müzakirə olunacaq: Nazir də qatılır
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi