Vilyam Hacıyevdən XƏBƏR VAR
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev barəsində olan məhkəmə hökmü ilə bağlı verdiyi kassasiya şikayətini geri götürüb.
Minval.info APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi. Ancaq təqsirləndirilən şəxs Vilyam Hacıyevin kassasiya şikayətini geri götürdüyü məlum olub.
Qeyd edək ki, bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq