Vilayət Eyvazovdan yeni təyinatlar
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.
V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.
Qeyd edək ki, A.Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib. (apa)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026