Vilayət Eyvazovdan yeni təyinat
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.
Minval.info avtosfer.az-a istinadən xəbər verir ki, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtihat İdarəsinin rəisi vəzifəsini də daşıyırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026