Vilayət Eyvazov Bakı polisinə tapşırıq verib
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini polis əməkdaşlarına çatdırıb.
“Report” xəbər verir ki, BŞBPİ-də cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində çıxış edən M.Seyidov deyib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək.
O, Bakı polisinin sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəyi barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyini, şəxsən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Müşavirədə qeyd olunub ki, vətəndаşlаrın ərizə və şikаyətlərinə bахılmаsı, оnlаrın qəbulu işi ciddi nəzarətdə saxlanılmaqla 913 vətəndaş qəbul edilib: “Müraciətlərin 2230 Nаzirliyin və Bаş İdаrənin rəhbərliyi tərəfindən nəzаrətə götürülüb”.
Məruzə ətrafı çıxışlarda BŞBPİ-nin və rayon polis idarələrinin rəisləri əldə olunan müsbət nəticələrlə yanaşı, əməliyyat-xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqları qeyd edərək onların aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyinə söz veriblər.
Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını xüsusi vurğulayıb.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, nöqsanların aradan qaldırılması yollarını göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var