“Veysəloğlu” əməkdaşından nümunəvi addım
“Veysəloğlu” Şirkətlər Qrupu İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Xəyal Azəroğlu nümunəvi addımı ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, sosial şəbəkədəki hesabından paylaşım edən X.Azəroğlu dünya çempionatı 2014-ün seçmə mərhələsi zamanı Azərbaycan-Rusiya oyununda yığmamızın üzvü Rəşad Sadıqovun geydiyi formanın onda olduğunu bildirib. O, qeyd edib ki, həmin formanı hərrac yolu ilə satmaq istəyir:
“Formanı Rəşad Sadıqov özü şəxsən hədiyyə etmişdi. İndi həmin formanı hərracla çatışa çıxarmaq fikrindəyəm. Ən çox pul verən şəxs formanı əldə edəcək. Daha sonra həmin pulu sizin tövsiyə etdiyiniz, xəstəlikdən əziyyət çəkən uşağın hesab nömrəsinə köçürəcəm və şəffaflıq olsun deyə köçürdüyüm pulun qəbzini burada paylaşacam. Məncə, hər kəs bu cür kampaniya başladaraq, xəstə uşaqlara dəstək ola bilər”.
X.Azəroğlu kampaniyanı #xesteushaqlaradestekolaq hashtagı ilə açıq elan edib. Formaya başlanğıc qiymət 20 AZN qoyulub.
Məlumat üçün bildirək ki, X.Azəroğlunun çalışdığı “Veysəloğlu” Şirkətlər Qrupu müntəzəm olaraq xeyriyyə kampaniyaları keçirir, şirkətin əməkdaşları ildə bir neçə dəfə talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında iştirak edirlər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah"ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Bakı yollarında təmir: Sürücülərə yeni məhdudiyyətlər
Azərbaycan taekvondoçuları İsveçrədə gücünü sınayacaq
Gömrükdə milli valyuta ilə bəyan dövrü başladı
MİDA evləri mənzil bazarını ucuzlaşdırmayacaq!
Yasamalda mülkiyyət savaşı: Kərimovlar vs Mərdanova
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb