Vergilər Nazirliyi sabahdan işində dəyişiklik edəcək
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədi ilə 17 mart 2020-ci il tarixdən etibarən xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək.
Vergilər Nazirliyi xidmət mərkəzlərində məhdudiyyətlərin tətbiqi ilə bağlı vergi ödəyicilərinə müraciət edib:
Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:
1. Bakı şəhərində:
(+99412) 403-81-62, (+99412) 403-82-79, (+99450) 322-23-37, (+99470) 706-46-40
2. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsi:
(+99412) 403-83-19, (+99450) 215-47-86
3. 2 saylı Ərazi Vergilər Baş İdarəsi: (+99455) 528-11-23
4. 3 saylı Ərazi Vergilər İdarəsi: (023) 335-46-72, (+99470) 797-98-87
5. 4 saylı Ərazi Vergilər İdarəsi: (+99450) 254-45-36
6. 5 saylı Ərazi Vergilər İdarəsi: (021) 216-00-10, (+99470) 272-24-42
7. 6 saylı Ərazi Vergilər Baş İdarəsi: (025) 254-64-48, (+99450) 633-26-53
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
8. 8 saylı Ərazi Vergilər İdarəsi: (021) 225-35-22, (+99450) 330-77-55
9. 9 saylı Ərazi Vergilər İdarəsi: (020) 274-60-14, (+99455) 916-06-90
10. 10 saylı Ərazi Vergilər İdarəsi: (024) 205-05-68, (+99450) 366-03-44
11. 11 saylı Ərazi Vergilər Baş İdarəsi: (022) 336-17-99, (+99450) 405-68-69
12. 12 saylı Ərazi Vergilər Baş İdarəsi: (022) 266-44-50, (+99477) 607-30-08
13. 13 saylı Ərazi Vergilər İdarəsi: (024) 225-27-99, (+99455) 669-56-61
14. 14 saylı Ərazi Vergilər İdarəsi: (022) 305-30-19, (+99455) 689-77-22
Vergilər Nazirliyi təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmağı, xidmət mərkəzlərinə isə mümkün qədər az, yalnız zəruri hallarda müraciət etməyi xahiş edib.
***
Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə tətbiq olunan qaydalarla bağlı da vətəndaşlara müraciət edib:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərməyiniz tövsiyə olunur. Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın.
Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətinizə əlavə edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz. Müraciətdə mütləq qaydada aşağıdakı məlumatlar qeyd olunmalıdır:
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
• Müraciət edən şəxsin adı, soyadı, atasının adı;
• Müraciət edən şəxsin əlaqə məlumatları.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirə bilərsiniz.
Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək.
Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almağınız xahiş olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?