Vaşinqtonda yanğın fəlakəti: Minlərlə ev külə döndü, sakinlər təxliyə edildi
ABŞ-ın Vaşinqton ştatının Spokane bölgəsində baş verən meşə yanğınları geniş miqyasda dağıntılara yol açıb. Günlərdir davam edən yanğınlar nəticəsində güclü küləklərin təsiri ilə alovlar yaşayış məntəqələrinə yayılıb.
Minval.info xəbər verir ki, yanğınlar nəticəsində yüzlərlə ev külə dönüb və on minlərlə insan təhlükəsizlik səbəbilə təxliyə edilib. Ştatda fövqəladə vəziyyət elan edilib və Milli Qvardiya yanğınla mübarizəyə cəlb olunub.
Hal-hazırda 5 mindən çox yanğınsöndürən 15 fərqli ərazidə alovları nəzarət altına almağa çalışır. Rəsmi məlumatlara görə, indiyədək 700-dən çox ev və tikili məhv olub, 250 min akrdan artıq ərazi yanıb. Yanğın səbəbilə 60 mindən çox abonent elektrik enerjisindən məhrum qalıb. Rəsmilər axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işlərinin davam etdiyini bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş