Vaşinqtonda meşə yanğınları: Minlərlə insan evlərindən təxliyə edildi
Vaşinqton ştatında baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində fövqəladə vəziyyət elan edilib. Yanğınlar sürətlə yayıldığı üçün Spokane şəhərində minlərlə ailənin təxliyəsi həyata keçirilib.
Minval.info xəbər verir ki, ştat rəhbərliyi yanğınların qarşısını almaq üçün Vaşinqton Milli Qvardiyasının şəxsi heyətini bölgəyə göndərib. Yanğınlar səbəbindən 13 mindən çox abonent elektrik enerjisiz qalıb və təxminən 5 min tikili təhlükə altındadır.
Hazırda ən azı 10 böyük meşə yanğınının söndürülməsi üçün işlər davam etdirilir. İlin əvvəlindən bu yana 425 min akrdan çox ərazi yanğından zərər görüb. Yanğınların yayıldığı ərazilərdə bəzi evlərin alovla əhatə olunduğu və sıx tüstü ilə örtüldüyü müşahidə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağstafada fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
Ağstafada baş verən avtoqəza nəticəsində dörd nəfər xəsarət alıb
Afina mərkəzində güclü partlayış bina dağıntısına səbəb olub
Xəzərdə hərbçilərin ölümündə məsuliyyət daşıyan məmurlar həbs olundu
Trampa sui-qəsd cəhdində yaralanan şəxs vəfat etdi
Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb
Lənkəranda atalığın 3 yaşlı uşağa qarşı zorakılığı