Vasif Əzimov xanımlara “podxod” edib, kontur istəyib? – FOTOLAR
Meyxanaçı və ifaçı Vasif Əzimovun adına sosial şəbəkədə saxta profil açılıb.
Primetime.az xəbər verir ki, “Facebook”da olan bu hesab tanımadığı insanlara dostluq atır, daha sona mesaj yazaraq kontur istəyir, xanımlara “podxod” edir, gecə radələrində zəng edir. Artıq bəzi narahat olan insanlar bununla bağlı sosial şəbəkədə status yazıblar. Onlardan biri jurnalist Raziyyə İmranqızı hətta ona 5 manatlıq Azərcell kontur da göndərib.
Məsələ ilə bağlı V.Əzimov ilə telefon əlaqəsi saxladıq. O, bildirdi ki, bu saxta hesabdır:
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Artıq neçənci dəfədir ki, başıma bu iş gəlir. Mənim sosial şəbəkələrdə bir dənə İnstaqramda hesabım var. Qalan heç bir yerdə profilim yoxdur. Bu haqda mənə xəbərdarlıq ediblər. Orada yazan şəxs mən deyiləm. Hamı məni tanıyır. Bilənlər bilir ki, mən o cür xasiyyətdə bir adam deyiləm. Əgər belə davam etsə, lazımı tədbirlər görəcəm”.
Nəsimi Məmmədov





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar