Vaqif Əsədovdan sürücülərə xəbərdarlıq
Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur.
“Yol Hərəkəti Haqqında qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər yəqin. Kimsə mövsümü pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Yol hərəkəti Haqqında qanuna edilən 1 saylı əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu artıq qanunun tələbinin pozulmasıdır”, – deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, hazırda maşınların yan şüşələrinə plyonka vuranlar qayda pozuntusuna yol vermiş hesab edilirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var