Vaqif Əsədov:
Yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələblərini saatda 10 kilometrə qədər pozulması inzibati məhsuliyət yaradırmı?
Minval.info xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov “unikal.org”a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən avtomobillərin hərəkət sürətinin tənzimləndiyi ərazidə qoyulmuş yol nişanlarının tələbləri pozulursa, (yəni sürət həddi aşılırsa) inzibati xəta tərkibi yaradır:
“Bu günki qanunvericiliyin tələbinə əsasən sürət həddi 11 kilometr və daha yüksək olduğu halda inzibati məhsuliyət yaradır.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Yəni, sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 101 kilometr gedirsə (11 kilometr ) o artıq rada düşür və cərimə olunur.
Əgər sürücü 90 kilometr/saat sürət həddi ilə hərəkət etməli olduğu ərazidə saatda 100 kilometr gedirsə radara düşmür.
Ola bilsin sürücü yaşayış məntəqəsi olan yolda sürət məhdudiyyəti 60 kilometr/saat olan yolda 70-lə gedirsə belə, o da inzibati məhsuliyət yaratmır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Yəni sürücü 11-20 kilometr arasında sürət hədinin aşılmasına görə, 10 manat cərimələnir. 40 kilometr/saat sürət həddi ilə aşırsa iki cərimə balı və 50 manat cərimə olunur.
Bu sürət həddindən artıq aşmaya görə, cərimələrin məbləği artır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var