Vahid Əhmədov: "Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq"
“Ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət Reklam Agentliyinin yaradılmasına baxmayaraq bu məsələ həll edilməyib. Reklamlar Azərbaycan dilində olmalıdır”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Onun fikincə, bu məsələ ilə bağlı Agentliklə dinləmələr keçirilməlidir.
Millət vəkili həmçinin bildirib ki, bank sistemində problemlər var və bununla bağlı Azərbaycan Mərkəzi Bankl ilə dinləmələr keçirilməlidir.
Bundan başqa, onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir: “Biz bu məsələni qaldırmaqdan yorulmuşuq. Məcəlləni biz qəbul etməliyik. Hər sessiyada bizə deyirlər ki, gələn sessiya hazır olacaq”.
O uşaq pulunun bərpa olunması məsələsini də qaldırıb: “Biz bu məsələyə birdəfəlik nöqtə qoymalıyıq ki, uşaq pulu verilir ya yox. Bu, çox ciddi bir məsələdir”.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026