“Əvəz Zeynallının vəziyyəti getdikcə daha da pisləşir”
Həbsdəki baş redaktorun işi AŞ PA-da müzakirə ediləcək
Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı barəsində ev dustaqlığı vəsatətinin təmin edilməməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu barədə jurnalistin vəkili Aqil Layıc məlumat verib. “Ümid edirəm ki, apelyasiya şikayətimiz təmin ediləcək, Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq”, – deyə vəkil bildirib.
![Məlahət Zeynallı: Müstəqil mətbuat istəyirik [Video-Müsahibə]](https://gdb.voanews.com/4628A364-CDA8-4B47-9321-F551DA1C172C_cx0_cy5_cw95_w1200_r1.jpg)
Məlahət Zeynallı
Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı “Yeni Müsavat”a bildirib ki, Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsini də məhkəməyə verib. Baş Prokurorluğun İstintaq İdarəsinin Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətinin aradan qaldırılması ilə bağlı vəsatətə noyabrın 4-də, Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Həyat yoldaşı əlavə edib ki, hazırda jurnalistin səhhəti yaxşı deyil: “Şəkəri yüksəkdir, gözləri də əvvəlki kimi ağrıyır. Kitab oxuya bilmir deyə də çox əsəbidir”.
Məlahət Zeynallı əlavə edib ki, jurnalistin ev dustaqlığına çıxarılması ilə bağlı işlər davam etdirilir. Əvəz Zeynallı və digər siyasi məhbusların işi ilə bağlı nə AŞ PA-da müzakirə aparılacaq: “Avropa Şurası Parlament Assambleyasının 20-dən çox üzvü Azərbaycanda siyasi məhbusların sayının artması ilə bağlı qətnamənin qəbul edilməsi ilə bağlı vəsatət verib. Vəsatət cənab Maurizio Buccarella və assambleyanın digər üzvləri tərəfindən təqdim edilib. Təklif assambleyada müzakirə olunacaq və bu məsuliyyəti yalnız onu imzalayanlar öhdəsinə götürür. Vəsatətdə deyilir ki, Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması və buna uyğun olaraq orada siyasi məhbusların sayının artması narahatlıq doğurur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir