Vətən müharibəsindəki PUA-lar xarici mediada
Türkiyə PUA-larının uğurları barədə Amerika, Yunanıstan və Rusiya KİV-də geniş məqalələr dərc edilib.
“Qafqazinfo” xəbər verir ki, yunan portalında dərc edilən məqalədə Yunanıstan Hərbi Hava Qüvvələrinin PUA-lar qarşısında aciz qaldığı vurğulanıb. Ölkədə səs-küyə səbəb olan xəbərdə hökumətin bu məsələni diqqətə almasının vacib olduğu bildirilib.
Qeyd olunub ki, Türkiyə pilotsuz uçuş aparatları mövzusunda şəxsi texnologiyasını yaradıb və Yunanıstan sadəcə olaraq prosesi izləməklə kifayətlənir.
“Türk PUA-ları Egey dənizində yunan hava qüvvələrini çətinliyə salacaq”, – deyə qeyd edən qəzet vurğulayıb ki, Yunanıstan PUA-lar qarşısında “F-16”ları havalandırmağa məcbur olduğunu bəyan edib.
Rusiyanın “Vedomosti” qəzeti isə Qarabağ müharibəsində PUA-ların gücünü və döyüşləri analiz edən məqalə dərc edib. Bildirilib ki, müharibə Ermənistanın məğlubiyyəti ilə bitib. Qəzet “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının Suriya və Liviyadan sonra Qarabağda uğura imza atdığını vurğulayıb.
.jpg)
Türk PUA-larının köməkliyi ilə hava üstünlüyünü ələ keçirən rəsmi Bakının savaşı asanlıqla qazandığı qeyd edilib. “Oyanan türkçülük” ifadəsinin yer aldığı məqalədə Azərbaycan-Türkiyə mütəffiqliyinə də toxunulub.
Amerikanın “Forbes” jurnalı isə Türkiyə PUA-larını “sehirli mərmi” adlandırıb.
Jurnalist David Hamblingin qələmə aldığı məqalədə Azərbaycanın Ermənistanla müharibədə bir neçə fərqli pilotsuz uçuş aparatından istifadə etdiyini, bunlar arasında ən güclüsünün Türkiyə PUA-ları olduğunu vurğulayıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi
Lotu Qulinin vəkili Elinanın anası ilə niyə görüşüb? – Açıqlama
Əməkdar artist Fərdanı, Elməddini, Müşfiqi BİABIR ETDİ: "Kişi olmaq..."
Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR
Bayramqabağı qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Hindistan səfiri XİN-ə çağırıldı - Məhəmməd peyğəmbərlə bağlı qalmaqala görə