Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün tibbi aksiya keçirildi - FOTOLAR
Akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.
“Minval.info” xəbər verir ki, aksiya zamanı Gədəbəy rayonunda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Tədbir çərçivəsində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə elmi diskussiyalar və gələcək planlar haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir “World Medicine” farmaseptik şirkətinin təşkilatçılığı ilə keçirilib.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
Sosial ödənişlər avqustun 25-də tamamlanır