24.11.2020 - 12:29
Ölkə
6 baxış
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi ikinci oxunuşda qəbul edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.“Report” xəbər verir ki, layihəyə əsasən, “Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olunur. Bundan əlavə “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edilir.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
20.10.2026 - 15:34
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18