Vəkili döyən polislər nazir tərəfindən cəzalandırıldı
Ötən ay Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb.
Minval.info-nun məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Anar Qasımlı xəbər verib.
Vəkil bildirib ki, Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.
Nazirin əmri ilə əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.
Qeyd edək ki, mayın 30-da vəkil Orxan Kəngərli Binəqədi RPİ 4-cü PŞ-də şiddətə məruz qalıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələni izləyəcəklərini və təqsirkar şəxslərin qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalması üçün bütün addımları atacaqlarını demişdi.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026