Üzərində tapança gəzdirən Sumqayıt sakini həbs edildi - Foto
Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.
Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 5-ci Polis Bölməsində H. Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi