ÜST: "Omikron" tezliklə Avropada dominant ştama çevriləcək
Koronavirusun “omikron” ştamı yaxın həftələrdə bir çox Avropa ölkələrində dominant olacaq.
Minval.info “Associated Press”ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.
“Biz daha bir fırtınanın yaxınlaşdığını görürük. Bir neçə həftə ərzində “omikron” Avropanın bir çox ölkələrində dominant olacaq və səhiyyə sistemlərini uçurumun astanasına yaxınlaşdıracaq”, – Klüge bildirib.
ÜST rəsmisi əlavə edib ki, “omikron” Avropada 53 ölkədən 38-də müəyyən edilib. Ştam Böyük Britaniya, Danimarka və Portuqaliyada üstünlük təşkil edir.
Qeyd edək ki, son bir həftə ərzində Avropada 2,6 milyon yoluxma halı aşkarlanıb. Bu isə əvvəlki həftə ilə müqayisədə 40% çoxdur.
“Omikron” ştamının simptomları öskürək, boğaz ağrısı və qızdırma ilə müşayiət olunur. Bu ştam ən çox 20-30 yaşlı insanlarda aşkarlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi
Dünyanın ən uzun atı Hüqo lüks həyat yaşayır