Ukraynadan Azərbaycana ekstradisiya: Dələduz saxlanıldı
Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.
Minval.info xəbər verir ki, Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna müraciəti və beynəlxalq prosedurlara uyğun sənədlərin təqdim edilməsi nəticəsində Azərbaycan vətəndaşı Seymur Salah oğlu Salahzadənin ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılan istintaq çərçivəsində Seymur Salahzadənin külli miqdarda dələduzluq cinayəti törətməsinə dair şübhələr müəyyən edilib. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilən Salahzadə Ukraynada saxlanılıb.
Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Baş Prokurorluq, axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qafqaz mafiyası lideri İsraildə qətlə yetirildi
Ağdamda sahibkar və işçi narkotiklə yaxalandı
Zabratda ailə faciəsi: Ərini bıçaqla qətlə yetirdi
Yevlaxda motosiklet qəzasi: 72 yaşlı sürücü öldü
Bakıda kütləvi dava: Məhkəmədə şok ifadələr!
Bayram Məmmədovun qardaşı insultdan vəfat etdi
Yuşvaev İsraildə pusquya düşərək qətlə yetirildi